TOP 10

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol
Tarix: 2019-11-13 15:13

Bu gün Azərbaycan Kubokunda 2019/20 mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki,AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayıb.

 

Püşkatmada Premyer Liqanın 8 iştirakçısı və I Divizionun 4 komandası - “Zaqatala”, “Kəpəz”, “Ağsu”, “Qaradağ Lökbatan” rəqiblərini tanıyıb. Aşağı liqanın hazırkı lideri "Turan Tovuz"la son çempion  MOİK Kubokda iştirak etməyəcək.

 

Komandalar reytinqə əsasən 3 səbətə bölünüb. Ötən mövsümə olduğu kimi, ilk olaraq ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuranların təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bunlar  "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə" olub.  Dekabrın 4-də keçiriləcək bu mərhələ bir matçdan ibarət olacaq.

 

Təsnifat mərhələsinin qalibləri Premyer Liqada ilk 4 yeri tutmuş "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. İki matçdan ibarət olacaq bu mərhələnin oyunları 15-16 dekabr və 19-20 dekabrda olacaq.

Təsnifat mərhələsi
Sabah – Ağsu
Zirə - Qaradağ Lökbatan
Sumqayıt – Zaqatala
Keşlə - Kəpəz 


1/4 final
Qəbələ – Sabah/Ağsu
Səbail - Zirə/Qaradağ Lökbatan
Neftçi – Sumqayıt/Zaqatala
Qarabağ - Keşlə/Kəpəz

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB