TOP 10

"Aston Villa"nın müdafiəçisi millimizlə oyunöncəsi Giqqzdən icazə aldı, heyətdən kənarlaşdırıldı

Futbol
Tarix: 2019-11-13 11:09

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Uels yığmasının heyətində dəyişiklik olub. Sport24.az xəbər verir ki, daha bir ciddi itkiylə üzləşən rəqib bu dəfə Nil Teyloru kənarlaşdırmalı olub.

 

Ancaq onun problemi zədə deyil. Belə ki, “Aston Villa”nın sol cinah müdafiəçisinin şəxsi problemləri üzündən Rayan Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik qeyri-müəyyəndi. 

 

Bunadək yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

 

 Xatırladaq ki, Uels noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstana qarşılaşacaq. .

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB