TOP 10

Millimiz Yunanıstana məğlub oldu

Futbol
Tarix: 2019-11-13 19:03

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, komandamız bu gün ilk oyununu keçirib.


Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç yığmamızın məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində yeganə qolu 62-ci dəqiqədə penaltidən fərqlənən Berkay Vardar vurub.


Qeyd edək ki, 9-cu qrupda Almaniya və Qazaxıstan yığmaları da mübarizə aparır.

 
AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup

13 noyabr


Azərbaycan - Yunanıstan 1:6
Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna).
Patra. “Papacharalambio Ethniko” stadionu.

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB