TOP 10

Balayev Qazaxıstanda mövsümün rəmzi yığmasında - Qriqorçukun komandasında yer aldı

Futbol
Tarix: 2019-11-13 10:18

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanda mövsümün simvolik yığmasına düşüb. Sport24.az xəbər verir ki, bu, həmin ölkənin məhur Sports.kz saytının versiyasına görə olub.

 

Belə ki, həmin portal bu il olan mövsümün 33 turuna əsasən 33 rəmzi komanda müəyyənləşdirib. Bu, 8 aydan bir az artıq müddətdə 133 futbolçu həmin yığmaya düşüb. Yekunda mövsümün komandası seçilib ki, ən çox düşənlərdən "11-lik" düzəldilib. 

 

Qapıçı mövqeyində 5 dəfə turun ən yaxşı qapıçısı olmuş Balayev qərarlaşıb: "Qazaxıstan çempionatının elit divizionunun simvolik yığmasının qapısına kimi qoymaqla bağlı müəyyən şübhə ardı. Məsələ ondadır ki, Emilə yanaşı 5 dəfə turda ən yaxşı qapıçı olmuş Nenad Eriç də düşürdü. Ancaq Kostanay təmsilçisinin qapıçısı turnirdə ümumilikdə Nur-Sultandan olan həmkarından az qol buraxıb. Bu, Emilin xeyrinə seçimdə həlledici oldu".

 

Mövsümün komandasının baş məşqçisi də Azərbaycana bağlı olmuş biridi. Bu, "Astana"nı çempion edən"Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi Roman Qriqorçukdu. Ümumiyyətlə, rəmzi yığmada yalnız bir yerli var, qalanları legonerlərdi. Həmin qazax futbolçu isə sol cinah yarımüdafiəçisi mövqeyinə seçilən "Kayrat"lı Bauırjan İslamxandı.

 

Xatırladaq ki, 25 yaşlı Balayev Qazaxıstanda debüt mövsümünndə çıxış etdiyi "Tobol"la son anda mükafatçılar sırasına düşə bilməyərək çempionatda 4-cü pilləni tutub.  
 

 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB