TOP 10

Slovakiyalı baş məşqçi millimizlə matça düzgün yanaşmalı olduqlarını sayır: "Azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər"

Futbol
Tarix: 2019-11-12 21:18

“Xorvatiya ilə görüşdə yaxşı nəticə qazansaq, bu, əla olacaq. Düşünürəm ki, futbolçularımız da səbirsizliklə matçı gözləyirlər. Xorvatiya ilə matçdakı uğurlu nəticədən sonra Azərbaycanla matça köklənməliyik. Sport24.az xəbər verir ki, bu fikirləri Polşanın “Zaqlebiye” klubunun slovakiyalı baş məşqçisi Martin Şevela deyib.

 

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin son oyunları barədə fikirlərini açıqlayaraq həmyerlilərinin təkcə noyabrın 16-da Xorvatiya ilə deyil, həm də 3 gün sonra Azərbaycanla qarşılaşmaya da tam köklənməli olduğunu düşünür: “Bu yığma qrupun autsayderidir və ona səfərdə qalib gəlmişik. Lakin azərbaycanlı futbolçular da göstəriblər ki, favoritlərə əziyyət verə bilərlər. Ona görə də bu matça da ağıllı, düzgün yanaşmalıyıq”.

 

Millimiz evdə 1:5 hesabı ilə uduzduğu Slovakiya ilə noyabrın 19-da Trnavada qarşılaşacaq.

 

Qeyd edək ki, Şevel Vətənində “Trençin”lə iki, “Slovan”la bir dəfə Slovakiya çempionu olub. 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB