TOP 10

AÇ -2020 Fristaylerlər Komandasının heyəti açıqlandı

Futbol
Tarix: 2019-11-12 18:34

AÇ-2020-nin 12 ev sahibi ölkəsinin hər birini təmsil etmək üçün 2 fristayler futbolçu “Növbə Sənindir” səsverməsi vasitəsilə azarkeşlər tərəfindən seçilib. Sport24.az xəbər verir ki, azarkeşlərin “Növbə Sənindir” yarışı vasitəsilə 12 ev sahibi şəhərin hər birindən 2 nümayəndənin seçilməsi ilə rəsmi UEFA AVRO-2020 Fristaylerlər Komandasının heyəti təsdiqləndi.
 
Azarkeşlər Avropada ən orijinal və parlaq fristaylerləri tapmaq üçün təşkil olunan onlayn istedad yarışmasında öz sevimli fristayler futbolçularına səs verdilər. Yüzlərlə iştirakçı ölkələrini Avropa Çempionatının 60 illik yubileyində təmsil etmək üçün bacarıqlarını nümayiş etdirən videolar təqdim etmişdi və fristayl futbolu dünyasının ən böyük adlarından ikisi – ingiltərəli keçmiş dünya çempionu Liv Kuk və norveçli keçmiş Avropa çempionu Tobias Beks – tərəfindən bu videolar arasında seçim aparılaraq hər məkan üçün qısa siyahı hazırlandı.

Azarkeşlər qısa siyahıya daxil edilmiş videoları nəzərdən keçirərək hər bir ev sahibi ölkəni təmsil edəcək iki fristayleri seçməklə öz qaliblərini müəyyən etdilər. Həmin 24 fristayler turnirə hazırlıq və rəsmi kubok turu zamanı, eləcə də yarış müddətində, o cümlədən oyunlarda və azarkeş zonalarında UEFA AVRO-2020-nin rəsmi talismanı Skillzy-nin ətrafında birləşəcəklər.   
 
Amsterdam – Laura Dekker, Cessi Marlet
Bakı – Kader Alimova, Nuqzar Kvirtiya
Bilbao – Paloma Mayo, Alexandro Portilya 
Buxarest – İoanna Andrea, Stefan Floresku 
Budapeşt – Kitti Şas, Zoltan Liptak
Kopenhagen – Maymi Asgeri, Kristofer Bax 
Dublin – Ella Stil, Sem Mədden 
Qlazqo – Co Eşvort, Devid Menni 
London – Aquska Mniç, Skott Penders 
Münhen – Dana Embaxer, Samuel Ueller 
Roma – Anastasiya Baaqlini, Antonio Kolella 
Sankt-Peterburq – Svetlana Kovalyova, İqor Oleynik
 
“İstedadlı fristaylerlərin sayı çox olduğuna görə qısa siyahıda kimin olmasına qərar vermək çox çətin idi. Artıq qaliblər seçilib. Mən hamı ilə görüşməyi və bu heyrətamiz təcrübəni onlarla bölüşməyi səbrsizliklə gözləyirəm. Şübhəsiz ki, qaliblər tarixdə ən həyəcanlı Avro turnirinə məharət və rəng gətirəcəklər”, – deyə 27 yaşlı fristayl futbol üzrə dəfələrlə Avropa çempionu olmuş Beks bildirmişdir. 

Dördqat dünya fristayl rekordçusu və UEFA-nın Qadın Futbolu üzrə Səfiri olan 20 yaşlı Kuk söyləmişdir: “12 fərqli ölkədə yerli istedadlarla fristayl futbolu nümayiş etdirmək imkanı həm mənim üçün, həm də qaliblər üçün nadir bir fürsətdir. Bakı və ya Bilbao, Qlazqo və ya Romada oyuna getmələrindən asılı olmayaraq, azarkeşlər Avropanın ən yaxşı fristaylerlərini və küçə futbolçularını seyr edə biləcəklər. Bu, turnirə tamamilə yeni bir səviyyə gətirəcək və ümidvaram ki, insanları bunu sınaqdan keçirməyə ruhlandıra bilər”. 

Fristayl futbol küçə futbolu, panna və oyun bacarıqlarına əsaslanan digər formaları ilə əlaqəlidir. O, rəqs və hətta bədii gimnastika ilə ümumi xüsusiyyətlərə malikdir, həmçinin musiqi ilə də sıx bağlıdır. Fristayl futbolu oyun deyil – bu, yaradıcılıq və bədii çıxışın bir ifadəsidir. 

UEFA AVRO-2020 fristaylerləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.euro2020.com/your-move səhifəsinə daxil olun. 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB