TOP 10

Turun "5-liy"i: "Neftçi" dayananda, həsrət darmadağınla bitəndə, legioner 1997-dən sonra qayıdanda

Futbol
Tarix: 2019-11-12 18:16

Azərbaycan Premyer Liqasında cari mövsümün XI turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

İlk ev qələbəsi darmadağınla - yenə Volkov damğası

"Qəbələ" bu mövsüm ilk qələbəsini qazandı. Komanda Avropa Liqasını da nəzərə alsaq, 2019/20 mövsümündə indiyədək Qəbələdə yalnız bir dəfə heç-heçə etmişdi ki, bu, lider "Qarabağ"la 1:1 hesablı nəticə idi. Qalan matçlarda məğlubiyyət qeydə alınmışdı. Nəhayət, qələbə həsrəti bitdi, özü də darmadağınla. Elmar Baxşıyevin komandası "Səbail"i evdə 3:0 hesabıyla məğlub etdi. 

 

"Qırmızı-qaralar"ın sonuncu ev qələbəsi ötən çempionatın XXV turunda - aprelin 19-da "Zirə" üzərində 2:1 hesabıyla olmuşdu. Maraqlıdı ki, onda da Davit Volkov ilk hissədə hesabı açaraq qələbənin təməlini qoymuşdu. Bu dəfə gürcü legioner dubla imza ataraq qələbədə əsas pay sahibi oldu.  

 

 

"Neftçi" 55 gün sonra bunu yaşadı

"Neftçi"nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Bu, son turda "Keşlə"ylə 1:2 hesablyla uduzduqları səfər matçında qeydə alınıb. Roberto Bordinin komandası 6 matçdı uduzmurdu ki, bunun 4-də qələbələri sıralamış ("Qəbələ" və "Zirə" 3:0, "Səbail" 2:1, "Sumqayıt" 4:2), "Keşlə" və "Qarabağ"la isə qolsuz bərabərliyə qalmışdı. "Neftçi" son məğlubiyyətini də səfərdə - IV turda "Qarabağ"dan 0:2 hesabıyla olmuşdu. Məğlubiyyətsiz seriya 55 gün çəkib.

 

 

"Qarabağ" üçün 4 oyuna 6 xal - yalnız 3 komandanı qabaqlayır

Məğlubiyyətsiz oyunlar seriyasında aşkar lider isə təbii ki, "Qarabağ"dı.  Ən azı ona görə ki, bu çempionatda yeganə uduzmayan komandadı və bu, artıq 11 turdu davam edir. Ancaq digər tərəfdən, ikinci dövrəni Qurban Qurbanovun komandasının tam aktivinə yazmaq olmaz. Çünki ilk dövrəni yüzfaizli nəticəylə başa vuran "Qarabağ" ikinci dövrədə 4 oyuna cəmi 1 qələbə qazanıb. Onda da çətinliklə - "Səbail"lə ev matçında sona 3 dəqiqə qalmış. Göründüyü kimi, Ağdam təmsilçisi ikinci dövrədə cəmi 6 xal toplayıb. Həmin "Neftçi" və "Sumqayıt" ondan çox xal yığıblar - hərəyə 7. İkinci dövrədə ən çox toplayan isə "Keşlə"di - 8. Hətta autsayder "Sabah" da son 4 turda "Qarabağ" qədər aktivinə xal yazıb. Beləliklə, lider ikinci dövrədəki xal sayına görə yalnız 3 komandadan - "Zirə" (3), "Qəbələ" (2) və "Səbail"dən (1) irəlidədi. 

 

 

Bunadək "Sumqayıt" əzmkar qələbəyə üzülürdü, bu dəfə özü əzmkar qələbəyə sevindi

Bu turda birdən-birə iki əzmkar qələbə qeydə alındı. Belə ki, "Keşlə"ylə "Sumqayıt" fasiləyə hesabda 0:1 geridə yollansalar da, ikinci hissədə geridönüş edə biliblər. Belə ki, Tərlan Əhmədovun komandası "Neftçi"ni evdə 2:1, Ayxan Abbasovun yetirmələri "Sabah"ı səfərdə 3:1 hesabıyla məğlub edib. 

 

Bu, hər iki komandanın cari çempionatda ilk əzmkar qələbəsi olub. Ümumiyyətlə, bu çempionatda 5 belə qələbə qeydə alınıb ki, bu planda rekordçu "Neftçi"di. Maraqlıdı ki, "ağ-qaralar" hər iki halda "Sumqayıt"la matçda geridönüş olub və hər iki halda rəqibin iranlı hücumçusu Mehdi Şerifin (bu dəfə özü komandasının əzmkar qələbəsində qolla pay sahibi olub-müəllif.) penaltidən vurduğu qolla hesabda geri düşüb. "Bakcell Arena"da qələbə matçın uzatma dəqiqələrində vurulan qolla çətinliklə - 2:1 hesabıyla olubsa, "Kapital Bank Arena"da inamlı alınıb - 4:2. Göründüyü kimi, "Sumqayıt"ın iştirakıyla matçlarda əzmkar nümunələrini daha çox görürük.

 

Daha bir əzmkar qələbə isə "Sabah"ın hesabındadı. Bu komanda səfərdə ilk 3 xalını belə qazanaraq "Qəbələ"ni onun meydanında 2:1 hesabıyla məğlub edib. 

 

 

Niassenin 1997 günü

Seneqallı futbolçu İbrahima Niaase 5 illik fasilədən sonra "Qəbələ"nin heyətində meydana çıxıb. Sport24.az xəbər verir ki, bu, Premyer Liqanın XI turun açılış matçında - "Səbail"ə evdə böyük hesabla - 3:0 qalib gəldikləri matçın 77-ci dəqiqəsində Asim Məmmədovu əvəzləməklə reallaşıb.

 

31 yaşlı Niasse 1997 gündən sonra "qırmızı-qara" formada meydana çıxıb. Onun son matçı 2013/14 mövsümündə Azərbaycan Kubokunda "Neftçi"ylə final matçı idi. "Qəbələ" əsas və əlavə vaxtı 1:1 hesabıyla nəticələn həmin görüşdə oyunsonrası penaltilərdə 3:4 hesabıyla uduzmuşdu. Maraqlıdı ki, 11 metrlik zərbələrini qaçıranlardan bir məhz Niasse olmuşdu.

 

İbrahima bir mövsüm çıxış etdiyi, bürünc medalçısı olduğu Premyer Liqamızda 29 matçda 1 qol vurub. Mərkəz yarımmüdafiəçisinin ölkəmizdə ilk klubu isə "İnter" olub. O, hazırda "Keşlə" adlanan bu komandanın heyətində 2 mövsümdə 48 matçda 6 qola imza ataraq orda da Premyer Liqamızın bürünc mükafatçısı olub. Niasse hazırkı baş məşqçisi Elmar Baxşıyevlə "Qəbələ"də komanda yoldaşı olub.

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB