TOP 10

Sabahdan tam heyətlə - 2-si gəldi, 3-ü yoldadı

Futbol
Tarix: 2019-11-12 16:34

Azərbaycan milli komandası AVRO-2020-nin seşmə mərhələsində Uels yığmasılya ev matçına hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, millimin legionerlərdən daha 2-si düşərgəyə gəlib.

 

Bunlar Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayevlə Ukraynanın "Aleksandriya" klubunun müdafiəçisi Pavel Paşayevdi. Dünən millimiz hazırlığa başlayanda isə yalnız bir legionerimiz - Moskva "Dinamo"sunun hücumçusu Ramil Şeydayev iştirak edirdi. 

 

Almaniyanın aşağı liqasında çıxış edən futbolçularımız - yarımmüdafəçi Dmitri Nazarovla hücumçu Rüfət Dadaşov milliyə birgə gəlirlər. Dünən klublarında oyunları olan bu futbolçuları gəitrən təyyarə bu gün saat 21:35-də Bakıya enəcək. Rüfətin kiçik qardaşı - Portuqaliyanın "Pasuş de Fereyra" klubunun hücumçusu hücumçu Renat Dadaşov isə bu gecə ölkəmizə təşrif buyuracaq. Bununla da millimiz sabahdan tam heyətlə hazırlığını davam etdirəcək.

 

Xatırladaq ki, Azərbaycan - Uels matçı noyabrın 16-da saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB