TOP 10

Elvin Camalov Slovakiyaya aparılacaq?

Futbol
Tarix: 2019-11-12 16:10

Azərbaycan milli komandasına ilk dəfə çağırılan futbolçu Elvin Camalov AVRO-2020-nin seçmə mərhələsinin hər iki matçda heyətdə olacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç "Zirə"nin 24 yaşlı mərkəz yarımmüdafiəçisi Slovakiya yığmasıyla səfər matçına da aparacaq.

 

Camalov Yurçeviçin geniş siyahısında əvvəl də olduğundan, ona Şengen vizası alınıb. Bu üzdən səfər yollanarkən gənc futbolçu viza problemi ilə üzləşməyəcək. 

 

Məlumdur ki, İspaniyanın "Albasete" klubundan dəvət olunmuş mərkəz yarımmüdafiəçisi Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə Camalov çağırılıb. İsrafilov isə birbaşa Slovakiyaya gələrək orda milliyə qoşulacaq. 

 

Xatırladaq ki, Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Trnava şəhərində baş tutacaq. 

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB