TOP 10

Hapal millimizi təəccübləndirməli olduqlarını sayır: "Ümid edirəm ki, Azərbaycanla qarşılaşmada istədiyimiz nəticə qazana bilərik”

Futbol
Tarix: 2019-11-12 14:16

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan yığmaları ilə qarşıdakı matçları şansları dəyərləndirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis noyabrın 16-da xorvatlara, bundan 3 gün sonra millimizə qarşı keçiriləcək görüşlər ərəfəsində iddialı danışıb: “Qrupumuzda 4 komanda final mərhələsinə yüksəlmək şansını saxlayır. Bilirik ki, ağır olacaq. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır. Amma yaxşı hazırlaşıb rəqibləri təəccübləndirməliyik. İnanıram ki, 0:4 hesabı ilə uduzduğumuz Xorvatiya ilə görüşdə yaşadıqlarımız bir daha təkrarlanmayacaq. İndi futbolçularımızı düzgün motivasiya etməliyik. Qarşıdakı iki görüşdə daha yaxşı oynamalıyıq. Ümid edirəm ki, Xorvatiya və Azərbaycanla qarşılaşmada istədiyimiz nəticəni qazana bilərik”.

 

Qeyd edək ki, millimiz bu seçmə mərhələdə yeganə böyükhesablı məğlubiyyətini məhz slovaklardan evdə alıb - 1:5. 

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB