TOP 10

"Borussiya"nın futbolçusu milimizlə görüşə heyətdən çıxarıldı

Dünya Futbolu
Tarix: 2019-11-12 13:47

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, “Borussiya”dan (Münhenqladbax) milliyə dəvət olunan Laslo Beneş zədə səbəbindən heyətdən çıxarılıb. 


Bu barədə Slovakiya millisinin baş məşqçisi Pavel Hapal mətbuat konfransında deyib. Laslonun əvəzinə “Breşiya”nın üzvü Nikolas Şpalek milliyə dəvət olunub.

 

Xatırladaq ki, Slovakiya - Azərbaycan matçı noyabrın 19-da Trnava şəhərində keçiriləcək. 

 

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB