TOP 10

Amin Seydiyev: “Lixtenşteyndəki matçın nəticəsinin təsadüf olduğunu göstərəcəyik”

Futbol
Tarix: 2019-11-12 13:00

Mövsümün ən çox müzakirə olunan futbçularındandı. Ampluası müdafiənin cinahı olsa da, vəziyyət elə gətirib ki, “Qəbələ”də mərkəz müdafiəçisi funksiyasını yerinə yetirməli olur. Özü də elə inamlı formada ki, sanki anadan elə mərkəz müdafiəçisi doğulub. Söhbət U-21 millimizin də əvəzolunmaz simasına çevrilən Amin Seydiyevdən gedir. Üç gündən sonra 21 yaşını qeyd edəcək Seydiyev Football24.az-a verdiyi müsahibədə bir çox maraqlı məqamlara toxundu.

 

- Son turda "Səbail" üzərində inamlı qələbə qazandınız. Oyun sizin üçün necə keçdi?
- “Səbail”lə oyun bizim üçün yaxşı keçdi. Bu, hesaba baxanda da görünür.

 

- Elmar Baxşıyev “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra kifayət qədər baxımlı futbol oynasanız da , sonuncu pillədən qurtula bilmirsiniz. Nəzərə alsaq ki, 5-ci yerdən cəmi 2 xal geridəsiniz, fasiləyə qədər ən azı bu 2 xallıq fərqi aradan qaldıra bilərsiniz?
- Demək olar ki, yavaş-yavaş öz oyunumuzu tapırıq. Biz yeni komandayıq. “Qəbələ”yə vaxt lazımdı. Çalışacağıq ki, lazımı xalları yiğaq.

 

- Cinah müdafiəçisi olsan da, son oyunlarda mərkəzə çəkilmisən. Hansı mövqe sənə daha doğmadır və millidə cinahda, ya mərkəzdə oynamaq istərdin?
- Mən müdafiəçiyəm. Məşqçilər hansı mövqedə qoysalar, oynamalıyam. Hər iki mövqedə oynaya bilirəm, mənim üçün ciddi fərqi yoxdu.

 

- Sənan Qurbanovla müqayisədə, Elmar Baxşıyevin rəhbərliyi altında daha uğurlu çıxış edirsiz. Fərq nədədir?
- Taktiki planda ciddi dəyişikliyin olduğunu deməzdim. Sadəcə, son oyunlarda komanda özünə daha çox inanır. Kollektiv olaraq başa düşürük ki, geriyə yol yoxdur.

 

- Sən həm də U-21 millimizin əsas üzvlərindən birisən. Qarşıda Lixtenşteynə qarşı vacib ev oyunu var. Onlardan qisas almaq mümkün olacaq?
- Bu oyunda bütün komanda olaraq ancaq qələbə haqda düşünürük. Bu qarşılaşmada Lixtenşteyndəki matçın nəticəsinin təsadüf olduğunu göstərəcəyik.

 

- Özünü əsas milliyə də hazır sayırsan? Növbəti toplanışlara dəvət gözləyirsən?
- Bu barədə bir söz deyə bilmərəm. Çünki seçim hüququ baş məşqçinin səlahiyyətlərinə aiddir. Hazırda U-21-in heyətindəyəm, bütün fikrimi də burdakı oyunlara yönəltmişəm.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB