TOP 10

Namaşko aldığı ad günü hədiyyəsindən danışıb: "Özümü milliyə çağırılan qapıçılardan zəif saymıram"

Futbol
Tarix: 2019-11-12 11:18

"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşko üçün ötən həftəsonu ikiqat sevincli idi. Belə ki, komandayla "Neftçi" kimi rəqib üzərində əzmkar qələbə qazandılar, matçın ertəsi isə özü ad gününü qeyd etdi. Təbii ki, bu, 33 yaşı tamam olan Namaşko üçün ən yaxşı ad günü hədiyyəsi oldu. Stanislav Football24.az saytına müsahibəsində bir çox məqamlara toxunub. 

 

 - İlk növbədə ad gününü təbrik edirik. Maraqlıdı, doğum gününü necə keçirdin?

- Təbrikə görə çox sağ olun. Ad günümü evdə bir fincan çay ətrafında qeyd etdim.

 

- Demək olarmı ki, "Neftçi" üzərində qələbə ad gününə ən böyük hədiyyə oldu?

- Bu, komandadan yaxşı hədiyyə oldu, onlara dərin təşəkkkür!

 

- Son turda fasiləyə saniyələr qalarkən qol buraxdın. Adətən belə qoldan sonra özünə gəlmək çətin olur. Oyunun axarını necə dəyişə bildiniz?

- Həm belə qol buraxmaq üzücüdü, həm də ümumiyyətlə qapında top görmək, "Neftçi" kimi rəqiblə matçın axarını dəyişmək çətindi. Ancaq bunu bacardıq. Uşaqlara afərin olsun, sonadək mübarizə apardılar. Komandanın döyüşkən əhval-ruhiyyəsi təkcə fasiləyədək deyildi, oyunadək də belə idi. İlk hissədən sonra baş məşqçi bizi dəstəklədi, ruhlandırdı. İkinci hissəyə çıxdıq və lazımı nəticə əldə etdik.

 

- AZAL-da çıxış etmişdin, bir müddət keçəndən sonra Azərbaycana qayıtdın, ancaq bu dəfə "Keşlə"də forma geyindin. Üç il əvvəl və indiki çempionat arasında hansı fərqi hiss edirsən?

- Mənə elə gəlir ki, fərq yalnız klubların sayındadı. İndi Premyer Liqada eyni səviyyədə komandalar çoxdu, turnir cədvəlində çox sıxlıq var. Ancaq "Qarabağ" onda da çempionatın lideri idi, digər komandalardan seçilir. 

 

- "Keşlə" qarşısına hansı məqsəd qoyub? Klub rəhbərliyi və baş məşqçi mükafatçı yerlərdən danışır, ancaq komanda belə uzun marafona tab gətirə biləcək?

- Əvvəl rəhbərliyin və məşqçilər korpusunun söylədiyi kimi, komandanın qarşısına il "3-lüy"ə düşmək durur. Bu uğura nail ola bilərikmi? Bunu zaman göstərəcək.

 

- "Keşlə" arxada qalan 11 turda cəmi 6 qol buraxıb. Daha az yalnız "Qarabağ"dadı. Bunun sirri nədi?

- Heç bir sirr yoxdu, komanda işi vacibdi. Komanda meydanda funksiyasını yerinə yetirəndə nəticə yaranır.

 

- Uğurlu oyunlar seriyasından sonra mətbuat Stanislav Namaşkonun Moldova yığmasına çağırılması haqda danışmağa başladı. Bu, realdı?

- Yığmanın nəticələrini hesaba alsaq, daha artıqdı. Özümü milliyə çağırılan qapıçılardan zəif saymıram. Üstəlik, söhbət ondan gedirsə ki, bu komandaya ən yaxşı qapıçılar çağırılır. 

 

- Milli komandanı problem yaşayır. Heyətinizdə təcrübəli və istedadlı futbolçuların olduğunu nəzərə alsaq, bu eniş nəylə bağlıdı?

- İlk növbədə kadr problemi ilə əlaqədardız. Gedən nəslin əvəzinə belə səviyyədə futbolçular gəlmədi. 

 

- 33 yaşın tamam oldu. Adətən deyirlər ki, bu, qapıçı əla yaşdı. Bəs sən özünü necə hiss edirsən? Daha yaxşı olmusan, yoxsa yaş öz sözünü deyir?

- Özümü normal hiss edirəm, güc və istək yetərlidi. Daha yaxşı və yə daha pis oynamağıma gəlincə, buna mən mühakimə yürütməməliyəm. 

 

- Yəqin, 30 yaşdan sonra fikirləşmisən ki, əlcəklərini mıxdan asandan sonra nə edəcəksən...

- Bu haqda düşünmürəm, hələ tezdi. 

 

CBCsport
10 Dekabr 2019
09 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB