TOP 10

İsrafilov Uelslə oynamayacaq, milliyə debütant dəvət aldı

Futbol
Tarix: 2019-11-12 10:41

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, İspaniyanın "Albasete" klubundan dəvət olunmuş mərkəz yarımmüdafiəçisi Eddi İsrafilov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə "Zirə"dən Elvin Camalov çağırılıb.

 

Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.
Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.


E.İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

 

Qeyd edək ki, 24 yaşlı Camalov millinin debütantıdı. 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB