TOP 10

"40+ Liqa"da II dövrə başladı: Lider dəyişdi, autsayder ilk qələbəsini qazandı

Futbol
Tarix: 2019-11-12 10:01

Ötən bazar “40+ Liqa”da 2-ci dövrəyə start verildi. Sport24.az xəbər verir ki, “Veteranlar” komandasının əksər üzvlərinin Naxçıvanda rəsmi tədbirdə olması səbəbindən bu komandanın “BravoDent”lə oyunu təxirə salınıb.

 

İlk dövrədə qələbə qazana bilməyən yeganə komanda olan “Baktelekom” “şeytanın ayağı” ilk cəhddə və “qırıb”. “Rabitəçilər” turnirin ən qeyri-sabit komandası - “Sport24.az” komandasını darmadağın ediblər - 9:3.

 

“Pioner Arena” isə “Veteranlar”ın yoxluğundan maksimum yararlanaraq, liderliyi “Keşlə” üzərində qələbəylə ələ keçirib. Futzal veteranlarından ibarət kollektiv 7:4 hesablı qələbə qazanıb. 

 

Günün digər matçında isə “Old Stars” “Qardaşlar”ı darmadağın edib - 15:5.

 

1. Pioner Arena    8  7  1   0    61-21   22
2. Veteranlar         7  6  1    0   67-22   19
3. Keşlə                7   4  0   3    40-42   12
4. Old Stars          7   3  2    2    50-38  11
5. Sport24.az        8   2  1    5    38-48   7
6. Qardaşlar          8   2   0   6    39-92   6
7. Bravo Dent        7   1   2   4    23-41   5
8. Baktelekom        8   1  1    6    51-70  4
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB