TOP 10

Yığmamız Mahaçqalada təlim-məşq toplanışına başladı

Güləş
Tarix: 2019-11-11 20:47

Bu gün sərbəst güləş üzrə yığmamız Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb. Sport24.az xəbər verir ki, noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komandamız baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. 


Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.


Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi millimizin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək. 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB