TOP 10

Region Liqasında ikiqat çempionun darmadağınları bitmir - bir seriyası qırılsa da...

Futbol
Tarix: 2019-11-11 20:40

Bu gün Region Liqasında III tura yekun vurulub. Sport24.az xəbər verir ki, turnirin hər iki mövsümünün qalibi olan Sumqayıt "Uğur"u evdə "Şirvanovka"nı darmadağın edib - 6:1. 

 

Qalib komandanın qollarına Mikayıl Rəhimov (23-cü dəqiqə), İsa Zeynallı (31), Elməddin Hüseyinzadə (49), Məhəmməd Əliyev (53), Anar Ağayev (67) və Şahin Əliyev (81) imza atıb. Qonaqların təsəllinə qolunun müəllifi 50-ci dəqiqədə Habil Nurəhmədov olub.  

 

Bununla da Qəzənfər Ababsovun komandası 3-cü matçında da böyükhesablı qələbə qazanıb. Bunadək evdə "Qardaşlar" 16:0, səfərdə Quba "Şahdağ"ı 4:0 hesabıyla məğlub edilmişdi. Göründüyü kimi, "Uğur"un qolsuzluq seriyası qırılsa da, yeni mövsümün ən yaxşı göstəriciyə malik komandası olaraq qalır. 

 

 

1. "Uğur" (Sumqayıt)   3  3  0  0  20-0  9
 2. "Şahdağ" (Qusar)  3  3  0  0  11-2  9
 3. "Qusar"  3  2  0  1  19-7  6
 4. "Şahdağ" (Quba)  3  2  0  1  7-7  6
 5. "Şirvanovka" (Qusar)  3  1  0  2  6-13  3
 6. "Qardaşlar" (Bakı)  3  1  0  2  9-32  3
 7. "İrəvan" (Bakı)  3  0  0  3  4-11  0
 8. "Xudat"  3  0  0  3  3-12  0

 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB