TOP 10

Federasiya prezidenti: "Azərbaycan millisiylə matç üçün 50 min avro mükafat təyin etmişik"

Futbol
Tarix: 2019-11-11 16:00

Slovakiya Futbol Federasiyası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycan milli komandalarına qarşı oyunlar üçün mükafat təyib edib. Sport24.az xəbər verir ki, bu haqda qurumun rəhbəri Yan Kovaçik bildirib.

 

57 yaşlı funksionerin sözlərinə görə, Slovakiya yığması noyabrın 16-da səfərdə Xorvatiyanı məğlub edəcəyi halad komandaya 200 min avro mükafat veriləcək. Üç gün sonra Azərbaycan millisi ilə ev oyununun mükafatı isə 50 min avro təşkil edəcək: "Slovakiya yığması AVRO-2020-yə vəsiqə qazanarsa, komandaya 3 milyon avrodan çox mükafat ödəniləcək. 2016-cı ildə Fransada keçirilən Avropa çempionatına vəsiqəyə görə 3 milyon avro verilmişdi. Bu dəfə daha çox olacaq”.

 

Qeyd edək ki, Trnavadakı Anton Malatinski stadionundakı Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB