TOP 10

Millimiz bu gün yığışır - yalnız 1 legionerlə

Futbol
Tarix: 2019-11-11 14:41

Azərbaycan milli komandası bu gün bir araya gəlir. Sport24.az xəbər verir ki, Nikola Yurçeviçin yetirmələri oktyabrın 16-da keçiriləcək Uels yığmasıyla ev matçına hazırlıq məqsədilə saat 17:00-da Mərdəkan qəsəbəsində Milli Komandaların Təlim-Məşq Mərkəzində bir araya gələcək və saat 18:30-da ilk məşqə çıxacaq.

 

Millimizin legionerlərindən yalnız Ramil Şeydayev bu gün düşərgədə olaraq hazırlığa çıxacaq. Ölkədən kənarda çıxış edən digər milli futbolçularımızdan sabah, hətta birigün hazırlığa qatılanlar olacaq. Misal üçün Dmitri Nazarovla Rüfət Dadaşovun Almaniyanın aşağı Bundesliqasında matçları hələ bu axşam olacaq. 

 

Millimiz bu gündən başlayaraq 4 gün hazırlığını "Dalğa Arena"da keçirəcək. Uelslə qarşılaşma öncəsi son məşq isə adəti üzrə oyun keçirilən stadionda, yəni "Bakcell Arena"da olacaq. Bu, noyabrın 15-də saat 19:30-da olacaq ki, bundan 30 dəqiqə əvvəl baş məşqçimiz Nikola Yurçeviçin həmin stadionda mətbuat konfransı keçiriləcək. 

 

Xatırladaq ki, Azərbaycan - Uels matçı sentyabrın 16-da saat 21:00-da keçiriləcək. Millimiz bundan 3 gün sonra Trnavada Slovakiya yığmasının qonağı olacaq (Football24.az).
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB