TOP 10

Pantiç Premyer Liqamızın səviyyəsini çox aşağı saydı: "Hətta "Neftçi"nin "Qarabağ"la rəqabət aparmaq imkanı yoxdu"

Futbol
Tarix: 2019-11-11 14:05

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı. Mən orada çalışanda yüksək liqada 10 komanda var idi. İndi 8 komanda qalıb ki, bu, çox azdı”. Sport24.az xəbər verir ki, bu sözləri  “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç söyləyib. 
 

Serbiyalı mütəxəssis işlədiyi mövsümlə müqayisədə hazırda Azərbaycan Premyer Liqasının çox zəiflədiyini bildirib: “Çempionatda rəqabət yoxdu. Mən Azərbaycanda işləyəndə güclü legionerlər var idi. İndi demək olar ki, qalmayıblar".

 

Pantiç bəyan edib ki, “Qarabağ” digərlərindən bir neçə dəfə üstündü: "Mövsüm başlamazdan əvvəl məhz bu komandanın çempion olacağı əminliklə söyləmək olar. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. Hətta “Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdu”.
 

Qeyd edək ki, Pantiç 2013/2014 mövsümündə “Bakı”nı çalışdırıb.

 
CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB