TOP 10

Premyer Liqada 100-cü qol - Masazır yubileylər məkanına çevrilir

Futbol
Tarix: 2019-11-11 10:26

Azərbaycan Premyer Liqasında cari çempionatda 100-cü qol vurulub. Sport24.az xəbər verir ki, bu, ikinci oyun gününün açılış matçında  - "Sabah" - "Sumqayıt" (1:3) görüşündə qeydə alınıb.

 

Buna "Bank Respublika Arena"da oyunun son saniyələrində - 90+5-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmir Ağayev imza atıb. 

 

Maraqlıdı ki, 50-ci qol da məhz "Sabah"ın ev matçında təsadüf etmişdi. Bu, müvəqqəti baş məşqçi təyin olunan İqor Ponomaryovun debüt qarşılaşması idi ki, onda "Sabah" cari çempionatda ilk qələbəsini qazanmışdı. Sentyabrın 29-da keçirilən VI turun "Səbail"i 3:0 hesabıyla məğlub etdikləri həmin görüşdə meydan sahiblərinin yarımmüdafiəçisi Cavid İmamverdiyev 83-cü dəqiqədə fərqlənərək hesabı 2:0 etmiş və eyni zamanda bu çempionatın 50-ci qolunun müəllifi olmuşdu. 

 

Bu çempionatın ilk qolu isə açılış matçında qeydə alnıb. Avqustun 16-da "Dalğa Arena"da keçirilən "Keşlə" - "Qarabağ" görüşündə qonaqların yarımmüdafiəçisi İsmayıl İbrahimli 78-ci dəqiqədə yeganə qoluyla komandasına qələbə qazandırmışdı.

 

Qeyd edək ki, XI turdan sonra 102 qol qeydə alınıb. 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB