TOP 10

Dadaşov oynadı, komandası qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-11-11 10:14

Futbol üzrə Portuqaliya çempionatında 11-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Tondela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.


Renat da bu görüşün iştirakçısı olub. O, 45+1-ci dəqiqədə meydana buraxılıb.


Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB