TOP 10

Zoqoviç Beqoviçin "Qarabağ"da işinin çox olmadığını sayır: "Onun gəlişindən sonra komandamızda daha çox xarakter dəyişikliyi baş verib"

Futbol
Tarix: 2019-11-11 09:00

"Bizim üçün çox vacib oyun idi. Matç çox gərgin alındı. Premyer Liqada ən yaxşı komandaya qarşı yaxşı mübarizə apardıq və lazımi xalı qazandıq. Amma bu mübarizliyi ilk hissəyə şamil etməzdim. Fasilədən sonra daha yaxşı mücadilə etdik və sonda 1 xalı qazanan tərəf olduq". Sport24.az xəbər verir ki, bunu "Zirə"nin qapıçısı Boyan Zoqoviç səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

 

Monteneqrolu qolkiper hesab edir ki, Zaur Həşimovun baş məşqçi postuna gəlişindən sonra komandada daha çox xarakter dəyişikliyi baş verib: "Onun rəhbərliyi altında "Sabah"a qarşı layiqli mübarizə aparmışdıq, ammma qalib gələ bilməmişdik. Növbəti matçda "Sumqayıt"a qarşı oyunumuz elə də yaxşı alınmamışdı. Amma onlardan da 1 xalı qazanmışdıq. Bu gün "Qarabağ"dan götürdüyümüz 1 xal xarakter dəyişikliyinin nəticəsidi. Amma qış fasiləsinədək bizi çempionatda daha 3 gərgin oyun gözləyir. Bəzən düşünürəm ki, bunların hər biri bizim üçün final xarakteri daşıyır. Hər şey mümkündü".

 

30 yaşlı oyunçu "Qarabağ"dakı həmkarı və dostu Asmir Beqoviçin işinin elə də çətin olmadığını vurğulayıb: "Bu sözləri dostum olduğu üçün demirəm. Beqoviç İngiltərə Premyer Liqası görüb. Nəinki Azərbaycanda, hətta dünyada ən yaxşı qapıçılardandır. Həmçinin, ona qol vuran komanda yoldaşım Riçard Qadze öz səviyyəsini göstərdi. Qadze yaxşı futbolçudur və Beqoviçə indiyədək qol vuran futbolçulardan biri oldu. Asmirin işi "Qarabağ"da elə də çox deyil. Digərlərini bilmirəm, "Zirə"də hər oyun 4-5 seyvim olur. Amma "Qarabağ"da oynadığı üçün Beqoviçin seyvləri məncə, azdı".

 

Zoqoviç milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində "Zirə"nin 2 günlük istirahətinin olacağını, daha sonra məşqlərə başlayacaqlarını söyləyib: "Növbəti turda komandamızı "Keşlə" ilə gərgin oyun gözləyir. Bu, heç də asan matç olmayacaq. Amma qazanılan xallar bizim üçün çox vacib sayılacaq".

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB