TOP 10

Qadze üçün şəxsi nailiyyətlərin önəmi yoxdu: "Beqoviçlə dueldə fürsətdən anında istifadə etdim"

Futbol
Tarix: 2019-11-10 23:13

"Zirə"nin futbolçusu Riçard Qadze Premyer Liqanın XI turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Sport24.az-ın əməkdaşının iştirakıyla brifinqdə sualları cavablandırıb. Komandasına 1 xal qazandıran qanalı hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

 

- Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Ona görə də bu bir xala görə təbrik düşür.

 

- Bunu “Zirə” üçün 3 xal hesab etmək olar?
- Düşünürəm ki, olar. Hesabda geri durumda idik, amma fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikinci qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdir.

 

- “Zirə”yə ikinci dəfə keçdin. Assistlər edib, qollar vurursan. Düşünmürsən ki, komandaya gec qoşulmusam?
- Bura gəlmək mənim üçün yaxşı haldı. “Zirə”yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar qalmışdım. Etimad göstərdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.

 

- Məşhur qapıçı Asmir Beqoviçə qol vurmaq necə hissdir? Özü də ayaqları arasından topu tora qovuşdurdu...
- Sadəcə, cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.


- “Zirə” həm burda çıxış etdiyin ilk vaxtında, həm də indi “Qarabağ”ı məğlub edə bilməyib. Bunun üçün nə çatmır?
- Müsahibələrimdə hər zaman demişəm ki, “Qarabağ” əla komandadı. Onlara qarşı oynamaq çətindi. Bu nəticə də uğurludur. “Qarabağ” güclü olmaqda davam edir.

 

- Çempionatın bombardirinin 5 qolu var. Həm bu yarışda qalib olmaq, həm də "Zirə"nin tarixində ən yaxşı bombardir olmaq hədəfin var?
- Mənim üçün şəxsi nailiyyətlərin önəmi yoxdu. “Zİrə”yə kömək üçün gəlmişəm. Qol vurmaq xoşdu, amma komandanın durumu məni daha çox maraqlandırır.

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB