TOP 10

"Qəbələ" jurnalistlər arasında üçnövçülük yarışı keçirib - FOTOLAR

Futbol
Tarix: 2019-11-10 20:41

"Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə Dövlət Bayraq Günü münasibətilə Baku MMA Akademy-də jurnalistlər arasında üçnövçülük üzrə (pəhləvan daşı saxlama, maneələr üzərindən tullanma, baykkalori) idman yarışı keçirilib. Sport23.az maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda ən yaxşı nəticəni rekord.az saytının redaktoru Anar Xanlarov göstərib və birinci yerə sahib çıxıb. Lider TV-nin əməkdaşı Rövşən Əhlimanoğlu ikinci, futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov isə üçüncü olub.

 

Futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov isə yarışın xüsusi mükafatına layiq görülüb. Sonda qaliblərə hədiyyələr təqdim olunub. 

 

Qeyd edək ki, yarışmada Sport24.az iki nəfərlə - baş redaktor Ceyhun Əliyev və redaktor Mehman Süleymanovla təmsil olunub. 
 

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB