TOP 10

"Sabah"ın legioneri əsas problemlərini qol vura bilməmələri sayır: "Klub prezidentini başa düşmək lazımdı"

Futbol
Tarix: 2019-11-10 20:13

"Sabah"ın futbolçusu Hendrik Eksteyn Premyer Liqanın XI turunun "Sumqayıt"la (1:3) görüşündən sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə sualları cavablandırıb. Cənubi akrikalı yarımmüdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib. 

 

- Birinci hissədə yaxşı daha oynadıq. Amma fasilədən sonra nədənsə üstünlüyü rəqibə verdik və “Sumqayıt” da üstümüzə gəlməyə başladı. Rəqib qol imkanlarından istifadə etdi. Fikrimcə, birinci hissədəki oyunumuzu davam etdirsəydik, belə vəziyyət olmazdı.

 

- Komanda arxayınlaşdı, yoxsa birinci hissədəki oyununuzu davam etdirməyinizə nəsə mane oldu?
- İlk hissədə daha istəkli idik. “Sumqayıt” isə ikinci hissədə daha çox istəkli idi. Qələbəni onlar daha çox istədi, onlar da qazandı. Bu istəyə görə də rəqibi ancaq təbrik edə bilərəm.

 

- Ötən tur Qəbələdəki qələbədən sonra çoxları düşünürdü ki, “Sabah” “qara zolaq”dan çıxdı və qələbələrin davamı gələcək. Qeyri-stabilliyin səbəbi nədir?
- Qollar gəlmirsə, hər şey çətin olur. Bunun səbəbini bilmirəm. Biz də “qara zolaq”dan çıxa bilmirik. Qol vurmadıqca işimiz çətindi.

 

- Qol vura bilməməyinizin səbəbi hücum xəttindəki oyunçuların bacarıqsızlığıdı, yoxsa..?
-Xeyr, belə deməzdim. Keyfiyyətli oyunçularımız var. Ümumi komandaya şamil edərək, deyirəm ki, qol vurmasaq işimiz çətin olacaq.

 

- Klub prezidenti oyundan sonra paltardəyişmə otağına daxil oldu. Maraqlıdır, sizə nə dedi? Sizə əsəbi idi?
- Dediyiniz kimi əsəbi olsa da, onu başa düşmək lazımdı. Hamımız qalib gəlmək istəyirdik. Klub prezidentinin dediklərini də başa düşürük.

 

- “Sabah”dakı çıxışından razısan?
- Daha çox komanda haqda düşünürəm. "Sabah" uduzursa, yaxşı oyunumun o qədər də önəmi yoxdu.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB