TOP 10

"Sabah"ın məşqçilər korpusunda dəyişiklik - "Sumqayıt"la matça çıxardı, "Sumqayıt"la matçöncəsi getdi

Futbol
Tarix: 2019-11-10 17:53

"Sabah"ın məşqçilər korpusunda dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Rövşən Babayev yenidən bu komandanın əvəzedici heyətinin baş məşqçisi kimi işini davam etdirəcək.

 

Ötən mövsün baş məşqçi Elşad Əhmədovun "Sabah"a gətirdiyi gənc mütəxəssis bu yay əvəzedici komandanın çalışdırıcısı təyin olunmuşdu. Ancaq Babayev Əhmədovun cari çempionatın əvvəlində gedişindən sonra əsas komandaya cəlb olunaraq 1 oyunda iş başında, sonradan isə müvəqqəti baş məşqçi təyin edilən İqor Ponomaryova yardımışdı olmuşdu. Maraqlıdı ki, həmin yeganə qarşılaşma hazırda görüşdükləri "Sumqayıt"la səfər matçı idi və onda 0:1 hesablı məğlubiyyətləri qeydə alınmışdı. 

 

"Sabah" Ponomaryovun təyinatından az sonra isə yeni məşqçi Ramin Quliyevi gətirdi ki, bu 38 yaşlı mütəxəssis PRO kateqoriyasına malik olduğundan sənəddə baş məşqçi göstərilir. Bu gün də matçdan sonra mətbuat konfransına məhz Quliyev çıxacaq. Ponomaryovun məşqçi lisenziyasının vaxtı bitdiyindən, bunadək həmin missiyanı Babayev yerinə yetirirdi. 

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB