TOP 10

“Barselona”da 5 həftəlik itki

Dünya Futbolu
Tarix: 2019-11-10 17:50

İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Barselona”nın “Selta”ya 4:1 hesabıyla qalib gəldiyi oyunda zədələnən futbolçusu Nelson Semedonun vəziyyətinə aydınlıq gəlib. Sport24.az “Barselona”nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun 23-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk edən portuqaliyalı futbolçunu Serxio Buskets əvəzləyib.

Aparılan tibbi müayinələrdən sonra Semedonun sol ayağından zədələndiyi və təxminən 5 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.


25 yaşlı futbolçu, cari mövsümdə 16 oyunda iştirak edib, 3 məhsuldar ötürməylə yadda qalıb.

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB