TOP 10

Levandovskidən yeni rekord

Dünya Futbolu
Tarix: 2019-11-10 14:49

Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya”nın “Borussiya”nı (Dortmund) 4:0 hesabıyla məğlub etdiyi oyun Robert Levandovski üçün əlamətdar olub. Sport24.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Levandovski bu oyunda yeni rekord müəyyənləşdirib. 

Dubla imza atan polşalı hücumçu, Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. Bundan əvvəl “Köln”ün keçmiş futbolçusu Klaus Allofs və “Borussiya”nın keçmiş forvardı Pyer-Emerik Obameyanq ardıcıl 10 oyunda qol vurmağı bacarmışdı.

Sözügedən futbolçuların qol seriyası iki mövsüm ərzində baş versə də, Levandovski bir mövsümdə ardıcıl 11 oyunda qol vurmağı bacararaq, rekord müəllifi olub.

Levandovski daha bir neçə ilkə imza atıb. Polşalı forvard “Bavariya” - “Borussiya” duellərində vurduğu qolların sayını 17-yə çatdırıb. O, bu iki klub arasındakı görüşlərdə ən çox qol vuran futbolçuya çevrilib. “Bavariya”ya məhz “Borussiya”dan transfer olunan Robert, sabiq klubuna qarşı son 6 oyunun hər birində qol vurub. O, bu göstəriciyə imza atmağı bacaran ilk futbolçu olub.

Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 18 oyunda iştirak edən 31 yaşlı futbolçu, 23 qolla yadda qalıb.

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB