TOP 10

“Barselona”da 550-ci oyun

Dünya Futbolu
Tarix: 2019-11-10 13:34

“Barselona” İspaniya La Liqasının 13-cü turunda “Selta”nı məğlub edib. Sport24.az xəbər verir ki, 4:1 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Qarşılaşmanın 23-cü dəqiqəsində Nelson Semedonun yerinə meydana daxil olan Buskets, “Barselona”da 550-ci matçına çıxıb. 31 yaşlı yarımmüdafiəçi “Barselona”da ən çox oyun keçirən 5-ci futbolçu olub.


“Barselona” tarixində ən çox oyuna çıxan Xavidi. Sabiq yarımmüdafiəçi “Barsa” formasıyla 767 qarşılaşmada iştirak edib.
 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB