TOP 10

Əsgərov mövsümün son matçında 70 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-11-10 12:18

Futbol üzrə Latviya çempionatında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da sonuncu matçına çıxıb.
 

Sözügedən kollektiv 36-cı tur çərçivəsində səfərdə “Ventspils”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. 


“Liepaya” mövsümü 39 xalla 9 komanda arasında 6-cı pillədə başa vurub. Vüqar isə geridə qalan mövsümdə 8 qolla yadda qalıb.

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB