TOP 10

Novruzov mövsümün son matçında 56 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2019-11-10 10:19

Futbol üzrə Moldova çempionatında mövsümə yekun vurulub. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da sonuncu matçına çıxıb.
 

Sözügedən kollektiv 28-ci tur çərçivəsində doğma meydanda “Sfintul” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.


Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.


“Dinamo-Avto” 28 oyuna topladığı 41 xalla mövsümü 8 komanda arasında 4-cü yerdə başa vurub.


CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB