TOP 10

Aftandil Hacıyev: “Elə futbolçumuz yoxdu ki, qəsdən oynamasın”

Futbol
Tarix: 2019-11-09 17:14

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 11 turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə səfər oyununu şərh edib. Sport24.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:


- İki fərqli komanda gördük. İlk hissədə qol epizodlarımız oldu. Ancaq fərqlənsəydik də, "Qəbələ" daha istəkli idi. İlk dəfə idi ki, "Səbail"i belə istəksiz görürdüm. Məğlub olmaq olar, ancaq ilk dəfədi ki, belə komanda gördüm. Məsuliyyət bizdədi. Oyunu təhlil edib növbəti oyunlara hazırlaşmalıyıq. "Qəbələ"ni təbrik edirəm.


- Komanda 7 oyundu qələbə qazana bilmir. Problem büdcədədi?
- Səbəb çox ola bilər. Ara-sıra problemlərimiz oldu. Ancaq indi belə problemimiz yoxdu. Peşəkar komandada belə problem olmamalıdı. Yaxşı oynadığımız oyunlar olub. Ümidli idik ki, bunun ardı gələcək. Ancaq dəqiqdi ki, builki "Səbail" ötənilkindən fərqlənir.


- Milli üzvləriniz də komandanı arxasınca aparmır...
- Razıyam sizinlə. Ancaq sırf onların üzərinə atmaq olmaz. Müəyyən oyunlar olur ki, onlar da təkbaşına daşıya bilmirlər komandanı.


- Qarşıdakı 1-2 oyunda da uğursuz olsanız, istefa barədə düşünməyəcəksiz?
- Müqaviləm davam edir. Bu barədə düşünmürəm. Komandamız 4-cü pillədə qərarlaşıb. Hesab edirəm ki, komandamız normal yerdədi.


- Ola bilərmi ki, komanda özü oynamadı?
- Belə fikirləri yaxına buraxmaq istəmirəm. Elə futbolçumuz yoxdu ki, qəsdən oynamasın. 


- Esyen 5 dəqiqə oynamağa da yaramır?
- Esyenin 5 dəqiqə oynamağa ehtiyacı yoxu. Bu gün Əli Sadıxov kimi gənclərə şans verməyimiz daha önəmlidi.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB