TOP 10

"Qəbələ" evdə "Səbail"ə uduzmur da, ona qol vurur da

Futbol
Tarix: 2019-11-09 09:00

Bu həftə Azərbaycan Premyer Liqasında XI turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

 

Ardıcıl ikinci ev oyununa çıxacaq “qırmızı-qaralar” tarixində 12-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 11 görüşdə üstünlük komandamızın tərəfindədir. Hesabında 6 qələbə və 3 heç-heçə olan “Qəbələ” yalnız iki dəfə uduzub. Rəqib qapısından 20 top keçirən komanda 11 qol buraxıb. Komandamızın qollarından 6-na Baqali Dabo imza atıbsa, Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

 

Bu matçlardan ikisi Azərbaycan kuboku, doqquzu Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı oyunlardan dördündə qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə xalsız qalıb. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir – 15:9. 

 

Ev oyunlarında “Səbail”ə uduzmayan “qırmızı-qaralar” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. 10 qola imza atan "Qəbələ" üç top buraxıb. Komanda ev matçlarından qolsuz ayrılmayıb.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

 

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

 

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

 

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

 

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

 

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

 

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

 

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

 

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB