TOP 10

"Qarabağ" matçın əksər hissəsində komandamızdan daha yaxşı idi"

Futbol
Tarix: 2019-11-08 17:00

"Bu, qrupdan çıxmaq şanslarını saxlamaq baxımından böyük qalibiyyət oldu. Nəticə çox səy göstərdikdən sonra əldə olundu". Sport24.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun sabiq futbolçusu Takis Antonyu Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

 

Onun fikrincə, matçın əksər hissəsində təmsilçimiz keçmiş komandasından daha yaxşı idi: "Əlbəttə, qapıçımız bizi 2-3 dəfə qoldan xilas etdi. Georgios Efrem və Nikolas Yannunun bacarıqlarını xüsusi qeyd etməliyəm. Oyunda rəqib oyunçuların uğursuzları da oldu. Bəzi şeylər var ki, gizlətməməli və həqiqəti deməliyik. Komandamız düzgün müdafiə oluna bilmirdi. "Qarabağ" dünən göründüyü qədər möhtəşəm komanda deyil. Oyunun sonlarında APOEL daha intizamlı oynadı və dözümlü oldu".

 

Qeyd edək ki, APOEL və “Qarabağ”ın hərəyə 4 xalı olsa da, rəqib şəxsi oyunlara görə turnir cədvəlində bizdən öndə - 2-ci pillədə qərarlaşıb.
 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB