TOP 10

APOEL rəsmisi "Qəbələ" üzərində qələbəni şərh etdi, Dollun jurnalistlərə hörmətsizlik etməsiylə razılaşmadı: "Tarixdə yaxşı oyun yox, nəticə qalır"

Futbol
Tarix: 2019-11-08 16:03

APOEL-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, klub rəsmisi kimsənin bu zəfəri kiçiltməməyini bəyan edib: "Futbolda nəticə vacibdi. Yaxşı oynamasanız da... Çünki tarixdə oyunun hesabı qalır. Qələbə qazanarkən xarakteriniz ortaya çıxır. Dünən gecə dəstəyə ehtiyac var idi. "Düdelanj"a məğlubiyyətdən sonra vəziyyət pisləşmişdi. Qrupda 3 komanda 1/16 final üçün iddialıdı. Fərq ciddi deyil. Mübarizə son dəqiqəyə qədər davam edəcək. Nə olacağını görəcəyik, bəlkə də son anda bəlli olacaq".

 

Petevinos mətbuat konfransında komandanın baş məşqçisi Tomas Dollun jurnalistlərə əsəbi cavab verməsinə münasibət bildirəkən, kiprli həmkarlarımıza hörmət etmədiyi barədə fikirlərlə razı olmadığını söyləyib: "Suallara cavab verdi, oyundan danışdı. Bəzi suallar sərt olur və cavab da buna uyğun sərt alınır. Bir şeyi sual verəndə bunu daha yumşaq şəkildə də edə bilərsiniz. Hər baş məşqçinin öz futbol düşüncəsi var və komandaya gələndə həmin sistemi aşılamaq istəyir".

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB