TOP 10

Emil Balayev Qazaxıstanda ən yaxşı oldu

Dünya Futbolu
Tarix: 2019-11-08 15:27

Azərbaycan millisinin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır. Sport24.az “vesti.kz” saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “quru oyunlar”ın sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.


İkinci pilləni “Ordabası”nın qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 “quru oyun” var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. “Kayrat”ın qapıçısı Stas Pokatilov 13 “quru oyun”la 3-cüdür. O, 31 matçda 30 qol buraxıb.


“Tobol” Qazaxıstan çempionatında sona bir tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB