TOP 10

Özümüz özümüzü çətinə salanda - "Düdelanj"ın növbəti sensasiyasına ümid edək!

Futbol
Tarix: 2019-11-08 15:00

Bəli, ötən gecə Nikosiyadakı görüşə çox sevincli başladıq, çox üzüntüylə ayrıldıq. Maksim Medvedevin başla çox baxımlı alınan erkən qolu bizə demək olar pley-offa vəsiqəni təmin edən vəsiqəylə bağlı bizə necə ümidləndirdisə, son dəqiqələrdə buraxdığımız qolla alınan məğlubiyyət bizə böyük bədbinlik yaşatdı. Bəli, "Qarabağ" Tomas Dollu APOEL-lə bacarmadı. Bu almaniyalı mütəxəssisi əbəs yerə vurğulamadım. Çünki Kipr futbolunun ən "qoca" klublarından biri üzərində yeganə qələbəmiz məhz Dolla qədər olmuşdu. "Qarabağ"a ev məğlubiyyətindən sonra istefaya göndərilən italiyalı həmkarı Paolo Trametsanini əvəzləyən mister Tomas əvvəlcə təmsilçimizi Çempionlar Liqasından kənarda qoydu, indisə Avropa Liqasında qrup mərhələsində pley-off mübarizəsində üstələyir. Özü də bu 3 matçın hər birində APOEL Ağdam təmsilçisinin qapısıına 2 qol vurub.

 

Bəli, dünənki matçda qol imkanlarımız çox oldu və hesabdakı üstünlüyü artıra bilməməyinizin acısını çəkdik. Bəli, artıq neçənci dəfədi "Qarabağ" standart vəziyyətlərdə qol buraxmağın mənfi fəsadını görür. Künc, cərimə zərbələri təmsilçimiz üçün kabusa çevrilib, az qala penalti qədər təhlükəlidir ki, əksər halda qapımızda top görürük. Ancaq bütün bunlar artıq keçmişdə qalıb. Bundan sonra nəyə ümid edə bilərik? İlk baxışdan turnir cədvəlinə baxanda, faciəvi durum yoxdu. APOEL yalnız indi "Qarabağ"a çataraq xallarını bərabərləşdirib. Ancaq əsas məsələ şəxsi oyunlardakı nəticələrdi ki, buna görə rəqibdən geri qalırıq. Deməli, qrup mübarizəsi belə yekunlaşarsa, yenə pley-offan kənarda qalmaqla barışmalı olacağıq. 

 

Hər ikimizin artıq pley-offa vəsiqəni təmin edən, özü də 1-ci yerlə çıxan "Sevilya"yla matçı qalıb. APOEL ispanları qəbul edəcəksə, biz qonaq gedəcəyik. Lüksemburqa ikinci heyətlə gələn "Sevilya" qrupda məqsədinə vaxtından çatdığından,  bundan sonra daha çox ehtiyatda qalan futbolçulara şans verəcəyi, çox güc sərf etməyəcəyi gözlənilir. Bu, "Sevilya"dan xal almaq şansımızı saxlasa da, bizi istənilən halda, çətin İspaniya səfəri gözləyir.  Yəni, Sevilyada qələbə real görünməyərək ən yaxşı halda heç-heçəyə ümid edə bilərik.

 

Nə qədər arzuolunmaz olsa da, artıq növbəti turda bütün ümidlərimiz "dəfn oluna" bilər. Çünki "Sevilya"ya məğlubiyyətimiz olacağı, APOEL-in isə Lüksemburqdan qələbəylə qayıdacağı halda, məsələyə son nöqtə qoyulur. Çünki arada 3 xallıq fərq yaranır və son turda kiprlilər uduzsa, bizsə ona çatsaq belə, şəxsi oyunlara görə rəqbdən geridə olacağıq. Ancaq "Düdelanj"ın bu dəfə də APOEL-dən xal alması işimizə yaraya bilər. Çünki bu halda İspaniyadan məğlub qayıtsaq belə, hər şey sona tura qalacaq. Onda "Düdelanj"a Tofiq Bəhramov adına Respublika stadionunda qalib gələrək "Sevilya"nın Kiprdə uduzmayacağına ümid bəsləyəcəyik. Bu isə mümkün sayılır. "Düdelanj" bir dəfə nikosiyalılarla görüşdə sensasiyaya imza ataraq onu meydanında 4:3 hesabıyla məğlub edib. Nə edək, APOEL-in yenə Lüksemburq səddinə "ilişəcəyinə" ümid edək. Onsuz başqa əlacımız da yoxdu...

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB