TOP 10

Millimizin futbolçuları Qobustanda ekskursiyada - FOTO

Futbol
Tarix: 2019-11-08 10:41

AFFA-nın təşəbbüsü ilə ötən ilin sonundan etibarən keçirilən silsilə məşğələlərdə aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, müxtəlif mədəni tədbirlər təşkil olunur. Sport24.az xəbər verir ki, növbəti belə tədbir Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışında baş tutub.

 

Komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub. Futbolçulara qoruq, qayaüstü rəsmlər və tarixi abidələrlə bağlı dolğun məlumat verilib. Daha sonra tədbirin davamı olaraq Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara məşğələ keçib, bu il ikinci dəfə keçirilən Nəsimi Festivalı haqda söhbət açıb. Həmin festivalın proqramını tərtib edilməsində və gerçəkləşmsində bilavasitə koordinator qismində əməyi olan qonaq video və fotolarla festivalın yaddaqalan maraqlı məqamlarını bölüşüb.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB