TOP 10

Musa Əl-Tamari: "Qarabağ"a qalib gəlmək çətin oldu, amma bacardıq"

Futbol
Tarix: 2019-11-08 09:47

Kiprin APOEL klubunun hücumçusu Musa Əl-Tamari Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri görüşü matçı şərh edib. Sport24.az xəbər verir ki, iordaniyalı futbolçu bu qələbəylə kifayətlənməyək, növbəti matçı düşünməli olduqlarını söyləyib: "Şükür Allaha, bizim üçün çox yaxşı qələbə oldu. Bu qarşılaşma bitdi və növbəti matçı düşünməliyik. Çox ağır oyun idi. Qələbə çətin oldu, amma bacardıq. Hər şey komandadan asılıdı. Bir-birimizə lazım olan nəticə üçün kömək edirik.  Vacib olan 3 xaldı. 1/16 finala yüksəlmək üçün daha çox çalışmalıyıq".

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB