TOP 10

“Qarabağ” Dani Kintananı itirdi

Futbol
Tarix: 2019-11-07 22:19

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu dəqiqələrdə Kiprin APOEL klubu ilə qarşılaşır. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə keçirilən bu oyunun əvvəlindəcə ciddi itki ilə üzləşib.
 

Belə ki, yarımmüdafiəçi Dani Kintana ayağından aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib. Həkimlərin müdaxiləsi də fayda vermədiyindən məşqçilər korpusu 16-cı dəqiqədə Kintananın əvəzində meydana Maqaye Qeyeni buraxıblar.


Qeyd edək ki, hazırda “Qarabağ” APOEL-ə 1:0 hesabı ilə qalib gəlir.

football24
19 Oktyabr 2020
18 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB