TOP 10

Millimizin rəqibləri bəlli oldu

Futbol
Tarix: 2019-11-07 18:24

Bu gün final mərhələsi 2020-ci ildə Litvada təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya komandaları ilə qarşılaşacaq. 
 

Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. 


Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək. 


Qeyd edək ki, C qrupunda yer alan millimizin qrupunda ikinci pilləni tutacaq komanda D qrupunun ikincisi ilə üz-üzə gələcək. B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə gücünü sınayacaq. Qalib komandalar da həlledici mərhələyə yüksələcək.


A qrupu
Portuqaliya
İtaliya
Belarus
Finlandiya


B qrupu
İspaniya
Serbiya
Ukrayna
Fransa


C qrupu
Rusiya
Azərbaycan
Slovakiya
Xorvatiya


D qrupu
Qazaxıstan
Sloveniya
Rumıniya
Çexiya

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB