TOP 10

Təhsil naziri gənc karateçilərlə görüşdü

Digər
Tarix: 2019-11-07 19:00

Təhsil naziri Ceyhun Bayramov Çilinin paytaxtı Santyaqo şəhərində karate üzrə yeniyetmə və gənclərin XI Dünya çempionatında uğurlu nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüşüb. Sport24.az xəbər verir ki, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışan Ceyhun Bayramov karate üzrə dünya çempionatının gümüş medalçısı Hüseyn Məmmədli, bürünc medalçısı Hüseyn Hüseynzadəni, eləcə də Təhsil Respublika İdman Mərkəzinin Karate üzrə baş məşqçi müəllimi Əbülfət Qarayevi və Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev təbrik edib. 


İdmançıların əldə etdiyi bu uğurların davamlı olacağına əminliyini bildirən C.Bayramov, fərqlənən idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib. 


Əməkdar məşqçi A.Allahverdiyev Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi adından təhsil ilə yanaşı idmana diqqət və qayğıya görə Təhsil naziri Ceyhun Bayramova minnətdarlıq bildirərək, ona federasiyanın yaranmasının 25 illik xatirə medalını təqdim edib.   

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB