TOP 10

Honda özünə yeni klub tapdı

Dünya Futbolu
Tarix: 2019-11-07 17:42

Yaponiyalı futbolçu Keysuke Hondanın yeni iş yeri bilinib. Sport24.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Vitess” klubu ilə müqavilə imzalayıb. 


Bu barədə Hollandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Honda ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


2014-2017-ci illər aralığında “Milan”da forma geyinən Hondanın son klubu Avstraliya təmsilçisi “Melburn Viktori” olub.


Honda, bir müddət əvvəl “tvitter”də “Mançester Yunayted” və “Milan”a “mənə təklif göndərin” deyə, ismarıc yollamışdı.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB