TOP 10

“Valensiya”nın rus futbolçusu sıradan çıxdı

Dünya Futbolu
Tarix: 2019-11-07 16:45

İspaniyanın “Valensiya” klubunun və Rusiya milli komandasının üzvü Denis Çerışev sıradan çıxıb. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Valensiya”nın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Lill”lə oyununda (4:1) zədələnib. Çerışevin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Daha öncə Rusiya yığmasına dəvət olunan Çerışev zədə səbəbindən AÇ-2020-nin seçmə mərhələsində Belçika və San Marino ilə oyunlarda iştirak etməyəcək.


Rusiya yığması noyabrın 16-da Belçika, 19-da isə San Marino ilə qarşılaşacaq.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB