TOP 10

Dünya çempionatları tarixinə düşən futbolçu Azərbaycan klubuna keçə bilər

Futbol
Tarix: 2019-11-07 15:00

Cənubi Afrika Respublikası millisinin sabiq futbolçudu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirməsiylə bağlı yenidən xəbərlər yayılıb..Sport24.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublarımız arasında Premyer Liqamızın təmsilçisi "Sabah"ın olduğu qeyd olunur. .

 

Ötən mövsüm "Ərzurumspor"da çıxış etmiş Çabalala hazırda klubsuzdu. Təcrübəli futbolçu karyerasını başa vurmaq fikrində olmadığı üçün komanda axtarışındadı. Hətta Sipivenin "Kayzer Çifs"də sabiq komanda yoldaşı olan və hazırda "Sabah"ın şərəfini qoruyan həmyerlisi Hendrik Ekşteyn onunla bu barədə danışıqlar apardığı vurğulanıb.

 

Çabalala 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının Meksika ilə açılış matçında (1:1) ilk qolun müəllifi kimi tarixə düşüb. O, 2007-18-ci illərdə ölkəsinin "Kayzer Çifs" klubunda 209 oyuna 34 qol vurub, ötən mövsüm isə "Ərzurumspor"da 17 qarşılaşma keçirib.

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB