TOP 10

“Arsenal”da ciddi itki

Dünya Futbolu
Tarix: 2019-11-07 14:39

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu Dani Sebalyos sıradan çıxıb. 


23 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Vitoriya” ilə matçında (1:1) zədələnib.


İspan yarımmüdafiəçinin üç həftəyə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB