TOP 10

Obradoviç Gürcüstanı seçdi, Sumqayıt azarkeşlərinə səsləndi: "Lixtenşteynə hətta 1:0 qalib gəlsək, bundan razı qalacam"

Futbol
Tarix: 2019-11-07 14:00

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç Football24.az saytına müsahibəsində noyabrın 14-də Lixtenşteynlə Sumqayıtda keçiriləcək AVRO-2021-in matçıyla bağlı gözləntisindən danışıb, həmçinin noyabrın 19-da Ukraynayla "Dalğa Arena"da baş tutacaq yoldaşlıq görüşünə toxunub. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Dünən U-21 yığmamızın Lixtenşynə rəsmi matça və Ukraynayla yoldaşlıq görüşünə heyətini açıqladınız. Tez deyildi? Axı, Premyer Liqanın təmsilçilərini qarşıda hələ bir tur gözləyir...

- Legionerlərlə başlayım. Müəyyən qaydalar var ki, buna əsasən bu və ya digər klubları futbolçularının yığmaya dəvət etməyimiz haqda təlim-məşq toplanışının startınadək məlumatlandırmalıyıq. Bundan sonra aviabiletləri həlll etmək lazımdı, bütün bunlara isə vaxt lazımdı. Gənclər yığmamıza çağırılmış digər futbolçulara gəlincə, belə deyim ki, yerli Premyer Liqada onların sayı azdı. Digərləri ya səviyyəcə aşağıdırlar, yaxud ümumiyyətlə, praktiki olaraq oynamırlar. Onu da qeyd edim ki, yığmaya namizədlərin imkanlarını gözəl bilirik. Futbolçuları bir matça görə seçmirik və buna görə də XI turun görüşləri məşqçilər korpusunun fikirlərini kardinal dəyişə bilməz. Maraq dairəmizə 40-50 futbolçu daxildi. Onlar həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çıxış edirlər. Dəvət göndəriklərimizin çoxu tələblərimizi bilrilər. Siyahımıza U-19 yığmasından bir neçə futbolçunu da əlavə etmişik. 

 

- Bəs onları necə seçmisiniz?

- U-19 yığmasının baş məşqçisi Samir Əliyevlə məsləhətləşdim. O, mənə bu uşaqları iş başında görməyi təklif etdi. Hər halda, Ukrayna ilə yoxlama matçımız da var ki, orda həmin gənc futbolçuları iş başında görmək imkanımız olacaq. 

 

- Nə futbol ictimaiyyəti, nə Siz, nə də komanda Lixtenşteyndən üzücü məğlubiyyəti unudub. Autsayderi sadəcə, məğlub etmək yox, darmadağın etmək üçün alışıb yanırsınız? Komandaya belə tapşırıq veriləcək ki, maksimal çox qol vursun?

- Futbolçu Milan Obradoviç buna cavab versəydi, onda cavab bir az fərqli olardı. Ancaq indiki vəziyyətdə buna məşqçi Milan Obradoviç cavab verməlidi. Şübhəsiz ki, həmin qarşılaşmanı gözəl xatırlayırıq. Lixtenşteyn yığması asan komanda deyil, ancaq biz ondan yaxşıyıq! Futbolçularımız 90 dəqiqə ərzində maksimal konsentrasiya olmalı və final fitinədək ağıllı oynamalıdı. Yalnız bu halda onları məğlub edə bilərik. Özü də həm 1:0, həm də böyük hesabla. Vadutsda bizə qol imkanların reallaşdırmaq çatmadı. Sumqayıtda həddən artıq soyuqqanlı, səbirli olmalı, hər epizodu soyuq başla dəyərləndirməliyik. Bax, onda çoxlu qol imkanı yarada və lazımı nəticəni əldə edə bilərik. Bəli, sadəcə, qalib gəlmək yox, məqsədə gözəl, keyfiyyətli oyuna çatmaq istəyirsən. Özü də bu zaman çox qol vurmaqla. Çox qol vuracağımız gün uzaqda deyil. Ancaq hamımız başa düşürük ki, heç bir istək bir gecədə həyata keçmir. Lixtenşteyn Azərbaycana yalnız müdafiə olunmağa gəlməyəcək, öz şanslarını da axtaracaq ki, qol vursun və burdan 3 xalla getsin. Bu yığma qrupda bütün matçlarında öz şansını axtarıb. Onlar final fitinədək vuruşurlar və cəhdlərini neytrallaşdırmalıyıq. Bizim komanda həmin gün qələbəni Lixteştşteyndən çox istəməlidi. Hətta 1:0 hesabıyla qələbə qazansaq, baş məşqçi kimi razı qalacam. 

 

- Amin Seydiyev "Qəbələ"də yetərincə inamlı çıxış edir. Onu artıq əsas yığmaya "dartırlar". Maraqlıdı. Seydiyevin məsələsini millinin baş məşqçisi Nikola Yurçeviçlə müzakirə etmisiniz? Xorvatiyalı mütəxəssis oni öz sərəncamında görmək istəyir? 

- Kimisə fərqləndirmək istəməzdim. Yurçeviçdən şəxsən xahiş edim ki, həm Seydiyevi, həm də Ömər Buludovu bizə versin. Bununla da hər iki gənc oyun praktikası qazansın. Millinin baş məşqçisiylə təkcə Amini müzakirə etməmişik. Daha bir neçə futbolçu var ki, Yurçeviç onları diqqətdə saxlayır. Ona mütəmadi informasiya verirəm ki, necə oynayırlar, necə məşq edirlər. Əlbəttə, gənclər yığmasının istənilən futbolçusu ölkənin əsas komandasına tez bir zamanda düşmək istəyir. Ən yaxşılar gec-tez orda olacaqlar. Ancaq bu, böyük zəhmət ləbəb edən prosesdi və uşaqlar başa düşməlidir ki, milliyə keyfiyyətli futbolla düşə bilərlər. Bunu həm öz klublarında, həm də U-21 yığmasında nümayiş etdirməlidirlər. 

 

- Amin mövsuzuna toxunarkən, universallığından yan keçə bilmərik. Onu sağ cinah müdafiəçisi kimi tanıyırdıq, ancaq indi klubunda müdafiənin mərkəzində çıxış edir. Bəs Siz onu hansı ampluada görürsünüz?

- Şübhəsiz ki, məşqçilər korpusumuz onun "Qəbələ"də müdafiənin mərkəzində çıxış etdiyini bilir. Fikrim belədir ki, futbloçu ona rahat olan və oynamağa alışdığı mövqedə çıxış etməlidi. Klublarda zədəlilərini heç kimlə əvəzləmək olmayanda futbolçuların mövqelərini dəyişirlər. Yığmada isə ona üstünlük verirəm ki, futbolçular doğma mövqelərində çıxış etsin. 

 

- İsveçrə yığmasıyla Sumqayıtda keçirilən matçda tribunalar 0:1 hesablı məğlubiyyətə baxmayaraq, gənclərimizi çılğın dəstəklədilər, alqışlarla yola saldılar. Sumqayıtlılardan bu dəfə nə gözləyirsiniz?

- Sumqayıtı yenidən seçməyimiz təsadüfi deyil. AFFA rəhbərliyi ilə Bakıdan kənarda münasib variant axtarırdıq. Sumqayıtda futbolu çox sevirlər, doğma klublarını böyük məmnuniyyətlə dəstəkləyirlər. İsveçrəylə matçda ona şahid olduq ki, Sumqayıtın futbol həvəskarları Azərbaycanın gənclər yığmasını az coşğuluqla dəstəkləmədi. Sumqayıtda yenidən oynamaq imkanımızın olduğunu öyrənərkdən fikirləşmədən razılıq verdim! Azarkeşlərə bütün hörmətimlə yanaşı, meydançanın vəziyyətinə də toxunmaya bilmərəm - o, sadəcə, idealdı! Fanatlara qayıdarkən nəyi gizlədim, bizim futbolçularımız belə dəstək altında oynamağa öyrəşməyiblər. Fürsətdən istifadə edərək Sumqayıt auditoriyasına dəstəyə görə səmimi qəlbdən təşəkkürümü bildirərək onları yendən həmin unudulmayan atmsoferi yaratmağa çağırıram. Gənc futbolçuların belə isti və emosional dəstəyə çox ehtiyacı var. 

 

- Qrupda keçirdiyiniz beş matçdan birini yenidən oynamaq imkanınız olsaydı, hamsı qarşılaşmanı seçərdiniz?

- Gürcüstanla matçı. Niyə? Oyunlara komandanın baş məşqçisi kimi baxıram. Bəli, Lixtenşetynə uduzduq, ancaq onda hər şeyi düzgün etmişdim və bu, yalnız tabloda hesabda əksini tapmadı. Gürcülərlə oyunun ilk hissəsində isə potensialımıza uyğun səviyyədə olmadıq. 

 

- Son sual Ukraynayla matçla bağlıdı. Bu oyun yoxlama xarakteri daşıdığından çoxlu əvəzetmələrlə eksperimental heyət oynayacaq, yoxsa müxtəlif oyun sxemləri üzərində işləyəcəksiniz?

- Elə buna görə daha gənc futbolçular dəvət etmişik ki, tələblərimizlə tanış və heyətdə möhkəmlənməyə yaxın vaxtda hazır olsunlar. Eksperiment etməyəcəyik, ancaq uşaqlar bizim tələblərlə tanış olacaqlar, yığıncaqlarımızda, matçların videotəhlillərində iştirak edəcəklər. Bunlar həm qrup formasında olur, həm də də fərdi şəkildə. Onlar Ukraynaya qarşı şans qazanacaqlar. Qalanları isə artıq özlərindən asılı olacaq. 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB