TOP 10

“Beqoviçin “Stok Siti” və “Çelsi”də oynadığını bilmirdim”

Dünya Futbolu
Tarix: 2019-11-07 13:44

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj”ın futbolçusu Antuan Bernye Belçika mətbuatına açıqlama verib. Sport24.az “walfoot.be” saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu, “Qarabağ”ın qapıçısı Asmir Beqoviçi tanımadığını deyib:
 

“Beqoviçin “Stok Siti” və “Çelsi”də oynadığını bilmirdim. Ona qol vurmaq yaxşı hissdi, amma çalışmağa davam etməli və başqalarını da məyus etməliyik”.


Bernye “Düdelanj”ın “Qarabağ”a 1:4 hesabıyla məğlub olduğu oyunda komandasının yeganə qoluna imza atmışdı. Həmin görüşdə “köhlən atlar”ın “çərçivə”sini Asmir Beqoviç qoruyurdu.

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB