TOP 10

Azərbaycan çempionatı keçiriləcək

Digər
Tarix: 2019-11-07 13:21

Noyabrın 22-dən 24-dək Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə 20-ci Respublika birinciliyi, böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaq. Kişi və qadınlar 22 noyabrda, 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr ertəsi günü, 16-17 və 18-21 yaşadək gənclər isə bazar günü çempionata qatılacaq. 


Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.


Noyabrın 21-də, saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı keçiriləcək. Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi altında seminarda qaydalarda dəyişikliklər və yeniliklərlə bağlı məlumat veriləcək.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB